BƏHAULLA MİRZƏ HÜSEYN

bax: BƏHAİLİK.
BƏHAİLİK
BƏHİRƏ
OBASTAN VİKİ
Mirzə Hüseyn Həsənzadə
Mirzə Hüseyn Həsənzadə və ya Mirzə Hüseyn İrəvani (1869, İrəvan – 1947, Tbilisi) — azərbaycanlı müəllim, pedaqoq və Gürcüstan Demokratik Respublikasının Milli Şurasına seçilmiş 4 azərbaycanlı deputatdan biri. Mirzə Hüseyn Həsənzadə 1869-cu ildə İrəvanda anadan olub. Zaqafqaziya Müəllimlər Seminariyasının məzunlarından biridir. 1890-cı illərdə Mirzə Hüseyn Atsquri kənd məktəbində baş müəllim kimi fəaliyyət göstərib. 1912-ci ildə Tiflisdə Kultura mətbəəsində "Tamam əlifba" adlı dərslik nəşr etdirib. 38 səhifəlik bu kitab I sinif üçün yazılmış əlifba dərsliyi idi. Kitabda ərəb əlifbasına sait səslər əlavə edilmişdi. Kitab həmçinin şəkillərdən, qısa hekayələrdən və şeirlərdən ibarət idi. Həmin illərdə Mirzə Hüseyn Tiflis şəhər 2-ci Xarpux Azərbaycan ibtidai məktəbinin müəllimi kimi fəaliyyət göstərirdi. Tiflisdəki həyatı Mirzə Hüseynin siyasi fəaliyyətində mühüm rol oynamağa başladı.
Mirzə Hüseyn Qayıbov
Mirzə Hüseyn Qayıbzadə
Mirzə Hüseyn Qayıbzadə (24 may (5 iyun) 1830, Aşağı Salahlı, Gürcüstan quberniyası, Rusiya imperiyası – 20 fevral (5 mart) 1917, Tiflis, Tiflis qəzası, Tiflis quberniyası, Rusiya imperiyası) — Qafqaz müftisi, ədəbiyyatşünas, müəllim. Mirzə Hüseyn Molla Yusif oğlu Qayıbzadə 1830-cu ildə Qazax distansiyasının Salahlı kəndində anadan olub. Uşaq yaşlarından ata-anadan yetim qalıb və kənd mollası – əmisi İbrahim əfəndinin himayəsində böyüyüb. İlk təhsilini müdərris Məhəmməd Musazadədən alan Hüseyn dini elmlərlə yanaşı, ərəb, fars və türk dilərini, həmçinin Şərq ədəbiyyatı və tarixini də mükəmməl öyrənə bilir. O, 17 yaşında ikən oxuduğu Salahlı kənd məktəbində müəllim saxlanılır. 1857-ci il iyulun 25-də Qafqaz müftisi Məhəmməd əfəndi H. Qayıbzadənin Tiflisdəki üçillik müsəlman ruhani məktəbində işə düzəlməsinə nail olur. O, 1858-ci ilin fevralında burada şəriətdən və Şərq dillərindən dərs deməyə başlayır. Müfti Hüseyn Qayıbzadə 1879-cu ildən 1883-cü ilə kimi Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında işləyib. Seminariyanın ilk ərəb və fars dili müəllimi O, Tiflisdə azərbaycanlı kasıblar üçün öz hesabına məktəb açır, sonralar – XX əsrin əvvəllərində isə buranı genişləndirərək altı sinifli "Müfti-İslam məktəbi"nə çevirir. Müfti Hüseyn Qayıbzadə azərbaycanlı qızların təhsil alması qayğısına da qalıb.
Mirzə Hüseyn Vaiz
Mirzə Hüseyn Vaiz (?-1955) — Məşrutə hərəkatının üzvü. Şeyx Həsən Rüşdiyyənin xalası oğludur. Mirzə Hüseyn Vaiz Təbriz şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Əvvəlcə məsciddə vaiz kimi xidmət etmişdi.Qafqaza gediş-gəlişi sayəsində azadxahlara meyl etmişdi.Siyasi azadlıq uğrunda mübarizə qalxmışdı. 1905-ci ildən etibarən Tehranda başlayan Məşrutə hərəkatı 5 avqust 1906-cı ildə Müzəffərəddin şah Qacarın Məsrutə fərmanını imzalamasıyla genişləndi. Məşrutə fərmanı ölkədəki siyasi fəzanın açılmasına gətirib çıxardı. Zülmün və haqsızlığın aradan götürülməsi, ədalətin və müstəqilliyin bərpası şüarı altında başlanmış xalq hərəkatı iştirakçılarının əsas tələbi qanunlara söykənən bir hökumətin yaradılması və bir vətəndaş olaraq onların həyat tərzini formalaşdıracaq hüquqların təmin olunmasıydı. Mirzə Hüseyn Vaiz məşrutəpərəstlərə qoşuldu.Təbriz əncüməninin başçısının müavini olmuşdu.Eynüddövlənin və Şücaüddövlənin Təbriz şəhərini mühasirəsi sırasında Əncümən tərəfindən bu iki irtica nümayəndəsi ilə danışıqlara getmişdi.Təbrizin işğalı dönəmində 6 ay Mirzə Hüseyn Mağazanın evində gizlənmişdi.Sonra tutulmuş Hacı Şücaüddövləyə təhvil verilmişdi.Rusiya səfirinin xahişi ilə ölümdən qurtulmuşdu. Əncümən sədri Bəsirəssəltənə və İclaülmülk rus, Hacı Mehdi Kuzəkünani və Şeyx Səlim osmanlı, Mirzə Hüseyn Vaiz - fransız konsulluqlarında bəstə oturdular.
Mirzə Hüseyn xan
Mirzə Hüseyn xan Mirzə Nəbi xan oğlu Sipəhsalar və ya Müşirüddövlə (1836-1881) — İranın baş naziri, tərəqqipərvər dövlət xadimi Xalqın Mirzə Hüseyn xan tərəfindən başlanmış islahata bəslədiyi ümid boşa çıxdı. İslahata şərait yaratmaq məqsədilə Mirzə Hüseyn xanın 1873-cü ildə və ikinci dəfə 1878-ci ildə Avropa ölkələrinə səfəri, şahı və dövlət başçılarını Avropa mədəniyyəti və inkişafı ilə yaxından tanış etmək planı da müsbət nəticə vermədi. Mirzə Hüseyn xan xarici siyasət sahəsində də müvəffəqiyyət qazana bilmədi. Çar və İngiltərə dövlətləri arasında rəqabət şiddətləndyi bir vaxtda Mirzə Hüseyn xan ingilis şirkətlərinə böyük imtiyazlar verməyi, onları İrana cəlb etməyi İranın inkişafı və istiqlalı üçün faydalı olacağını düşünürdü. 1881-ci ildə Mirzə Hüseyn xan dövlət dairələrindən və paytaxtdan uzaqlaşdırıldıqdan sonra onun başladığı islahata son qoyuldu. Abdullah Müstofi yazır ki, 1881-ci ildə Mirzə Hüseyn xan Məşhəddə həlak olduqda onun İranda mötədil monarxiya hökuməti yaratmaq arzusu da özü ilə birlikdə aradan qalxdı. Mirzə Hüseyn xan Müşirüddövlənin hakimiyyət başına gəldiyi vaxtadək dövlət işləri 16 nazirin iştirakı ilə təyin edilmiş məşvərətxana adlanan bir heyətin əlində idi. Hər hansı bir məsələ bu heyətdə müzakirə edilib, məsləhət görüldükdən sonra, şah onun icrasını istədiyi nazirə tapşırardı. Mirzə Hüseyn xan məşvərətxananı ləğv edərək, onun yerində 9 nazir və bir nəfər baş nazirdən ibarət Nazirlər Şurası Məclisi adlanan bir heyət təşkil etdi. Heyətin tərkibində olan nazirlər bütün işlərdə müştərək məsuliyyət daşıyır, hər nazir öz işində müstəqil olub baş nazirin qarşısında, baş nazir isə şahın qarşısında məsuliyyət daşıyırdı.
Mirzə Hüseyn Əli
Bəhaullah və ya əsl adı ilə Mirzə Hüseyn Əli Nuri (12 noyabr 1817[…] – 29 may 1892, Akka, Beyrut vilayəti, Osmanlı imperiyası) — hazırda dünya dinlərindən biri olan Bəhai dininin banisidir. "Bəhaullah" ərəb dilində (بهاء الله,) "Allahın Nuru, Cəlalı, İzzəti" mənasını bildirir. Bəhaullah öz yazılarında və kütləvi çıxışlarında özünü bütün dövrlərin vəd olunmuşu, Hind soyundan sayılan dini təlimlər Hinduizm, Buddizm və Zərdüştilik, həmçinin İbrahimi dinlər olan Yəhudilik, Xristianlıq və İslamda zühuru vəd olunan şəxs olmasını iddia etmişdir və bu inanc Bəhailiyin təməlini təşkil edir. Hazırda dünyada təqribən 5 milyondan yuxarı bəhai var. Bəhaullah öyrədirdi ki, bütün insanlıq eyni növdən, eyni irqdəndir, "tək bir Allah var, bütün dinlər eyni bir Allahdan göndərilib və artıq zaman yetişib ki, bütün bəşəriyyət öz birliyini etiraf etsin və birləşsin". Onun İlahidən vəhy alması iddiası tezliklə İranın və Osmanlının hakim dairələrinin göstərişi ilə onun təqibi, sürgünü və həbsi ilə nəticələndi və bu, həyatının sonunadək 40 il müddətində davam etdi, hansı ki, onun Osmanlının Əkka şəhərində vəfatı ilə başa çatdı. Bəhaullahın 40 il ərzində qələmindən çoxlu sayda yazılar çıxmışdır. Onların arasında ən məşhurları Kitabi-Əqdəs (Ən Müqəddəs Kitab), Kitabi-İqan (Yəqinlik kitabı), Kəliməti-Məknunə (Gizli Kəlamlar) oldu. Bəhaullahın əsl adı Mirzə Hüseyn Əlidir. O, 1817-ci il noyabrın 12-də (hicri 1233, məhərrəm ayının 2-si) Tehranın adlı-sanlı, varlı ailələrinin birində dünyaya göz açmışdır.
Mirzə Şah Hüseyn
Mirzə Şah Hüseyn (XV əsr, İsfahan – 1523) — Səfəvilər dövlətinin vəkili, səfəvi dövlət xadimi. İsfahanda doğulmuşdur, ixtisası memarlıq idi. 1503-cü ildə İsfahan hakimi Durmuş xan Şamlının şəxsi vəziri olmuşdur. 1514-cü ildə Çaldıran döyüşündə şahın həyat yoldaşını tapdığı üçün Şah İsmayılın vəkilliyinə gətirilmişdir. Şah İsmayılın hakimiyyətinin son dövrlərində təsiri artdı və saray çəkişmələrində iştirak etməyə başladı. 1521-ci ildə Durmuş xan Şamlının Herata göndərilməsinə nail olmuşdu. Qızılbaş əyanlarına təzyiq göstərməsi və şahın üzərindəki təsiri səbəbi ilə 1523-cü ilin apreli qızılbaşlar tərəfindən öldürülmüşdür.
Müzəffər Hüseyn Mirzə
Müzəffər Hüseyn Mirzə Səfəvi — Sultan Hüseynin ikinci oğlu. 1562-ci ildə, Qəndəharda doğulmuşdu. Xüsusi təhsil almışdı. 1578-1595-ci illərdə Qəndəhar hakimi olmuş, 1594-cü ildə Qəndəharı I Əkbərə təslim etmişdi. Buna görə də Əkbər şah tərəfindən "Fərzənd" (Oğul) titulu və mənsəbdarlıq verilmişdi. 5000 zat və 4000 səvarı vardı. 1599-cu ildə istefaya çıxaraq Dehliyə köçdü və ömrünün axırınacan orada yaşadı. 1603-cü ilin oktyabrı elə orada vəfat etdi və basdırıldı. Molla Heydər Xisali kimi şairlərə hamilik etmişdi. Sambhal şəhəri onun irsi mülkü idi.
Mirzə Hüseyn bəy Qayıbov
Mirzə Hüseyn bəy Salar
Mirzə Hüseyn bəy Məhəmməd ağa oğlu Usubov (Hacıyusifli) — şair, xəttat. Mirzə Hüseyn bəy Salar 1824-cü ildə Şuşa şəhərində doğulmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə oxumuşdu. Mir Möhsün Nəvvab onun haqqında öz ünlü təzkirəsində söhbət açmışdı. Şair idi. Salar təxəllüsü ilə ruh aləminə uyğun şeirlər yazırdı. Mirzə Hüseyn Salar həm də gözəl xəttat idi. Mirzə Adıgözəl bəy Qarabağinin Qarabağnamə adlı əsərinin üzünü köçürmüşdü. Mirzə Hüseyn bəy Salar 1876-cı ildə vəfat edib.
Mirzə Hüseyn bəy Çakər
Hacı Mirzə Hüseyn bəy Mirzə Kərim bəy oğlu Münşizadə (1863-1932) — şair. Hacı Mirzə Hüseyn bəy Mirzə Kərim bəy oğlu 1863-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Əslən Cavanşir-Dizaq mahalının Hacılı camaatındandır. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsə də təhsilini davam etdirmişdi. Şərq dillərini bilirdi. Hacı Mirzə Hüseyn bəy Şuşada yaranan "Qarabağ məclisi"nin üzvü idi. Bu təşkilatın üzvləri erməni slahlılarına qarşı mübarizə aparırdilar. 1908-ci ilin mart ayının 23-də Hacı Mirzə Hüseyn bəy Münşizadə polis tərəfindən saxlanıldı. Məhkəmədən sonra Həştərxan quberniyasına sürgün edildi.
Mirzə Hüseyn xan Kəsmai
Mirzə Hüseyn xan Kəsmai (1865-1920)—şair, jurnalist, rəssam, Məşrutə hərəkatının üzvü. Mirzə Hüseyn xan Ağa Məhəmməd İbrahim oğlu 1865-ci ildə Gilan ostanının Kəsma kəndində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Mirzə Hüseyn xan Məşrutə inqilabı dövründə Rəştdən İran Milli Məclisinə vəkil seçilmişdi. O, vəkilliyini namizəd verərkən Məhəmməd Əmin Rəsulzadə yazırdı: "Parlaman vəkilliyinə namizədlər: Ağayi [Seyid Həsən] Tağızadə, Hüseynqulu xan Nəvvab, Vüsuqüddövlə, Ağa Mirzə Əli Məhəmmədəli xan, Ağa Mirzə Əli Məhəmməd xan, Müstəşarüddövlə, Həkimülmülk, Müizüssultan, Mirzə Hüseyn xan Kəsmai, Zəkaülmülk, Mirzə İbrahim xan Münşizadə, Əmidülhükəma, Müxbirülmülk, Əsədüllah mirzə, Muxtarüddövlə, Doktor Vəliyullah xan, Vəhidülmülk, Nizamülhükəma Möhsün mirzə, Mirzə Əbdülqasım xan, Rzaqulu xan rəisi-darülfünun, Sahib Nəsəq, Hacı Əminüzzərb, Fəhmülmülk, Doktor Mənuçöhr xan və digərləri. Adları zikr olunan bu namizədlər ki, əksər siyahılarda vardırlar – hamısı mütərəqqi tərbiyəşödə cavanlardır ki, çoxlarının sinni 30-35-dən o tərəfə keçməmişdir. Bu adamlar məsləkən bütün hürriyyətpərəstdirlər". Mirzə Hüseyn xan dəfələrlə mitinqlərdə iştirak etmişdi. Məhəmməd Əmin Rəsulzadə yazır "Nəticeyi-mücmiləsini teleqraf ilə xəbər vermiş olduğumuz bu mitinqdə 8 minə qərib əhali şərakət ediyordu. İki yerdə natiq kürsüsü qurulmuş, cəmaət məscidvari oturub məclisin iftitahini ürək tappıltısı ilə gözləyir idi.
Mirzə Hüseyn xan Müqəddəm
Mirzə Hüseyn xan Müqəddəm (?-1865) — Qacarlar dövlətinin diplomatı, nizaməddövlə, sahibixtiyar. Mirzə Hüseyn xan Marağa şəhərində anadan olmuşdu. Hərbi xadim, diplomat Hüseyn xan adyutantbaşı, Nizamuddövlə, Sahibi-ixtiyar ləqəblərinə malik olub, Fətəli şah, Məhəmməd şah və Nəsrəddin şah dövründə yaşamışdır. Əvvəlki iki padşahın dövründə mühüm dövlət işlərində xidmət etmişdir. O, məshur Səfəvi əmirlərindən, Otuziki elindən olan Ağa xan Muqəddəmin nəslindəndir. Məhəmmədhüseyn xan Muqəddəm 1826-1828-ci illərdə bas vermis Rusiya İran muharibəsi zamanı Abbas mirzə Naibussəltənənin komandanlıq etdiyi Azərbaycan ordusunun sərkərdələrindən olan , əmiri-nizam Məhəmməd xan Zəngənənin təklifi ilə orduya bas yavər təyin olunmus və Abbas mirzə vəfat etdikdən sonra da həmin vəzifədə qalmısdı. O, Məhəmməd sah zamanında Azərbaycan qosununun baş komandanı kimi 1837-ci ildə Herata gondərilmisdi. Herat yurusundə uğurla calısdığı ucun Məhəmməd sah ozu Simnan səhərində 20 min Azərbaycan ordusuna baxıs kecirərək, bas adyutant Hüseyn xanı general-mayor rutbəsinə yuksəltmis, ona qiymətli daş-qaşla bəzədilmis xəncər və qırmızı lent bağıslamısdır. Fövqəlada səfir Hüseyn xanın Avropada diplomatik fəaliyyəti uğurlu olmusdur. Məhəmməd şah və onun sədr-əzəmi (Bas nazir) Mirzə Ağası İrəvanı 1838-ci ildə Hüseyn xanı İstanbul və Parisə numayəndə kimi danısıqlar aparmağa gondərmisdir.
Mirzə Hüseyn xan Qəzvini
Mirzə Hüseyn xan Mirzə Nəbi xan oğlu Sipəhsalar və ya Müşirüddövlə (1836-1881) — İranın baş naziri, tərəqqipərvər dövlət xadimi Xalqın Mirzə Hüseyn xan tərəfindən başlanmış islahata bəslədiyi ümid boşa çıxdı. İslahata şərait yaratmaq məqsədilə Mirzə Hüseyn xanın 1873-cü ildə və ikinci dəfə 1878-ci ildə Avropa ölkələrinə səfəri, şahı və dövlət başçılarını Avropa mədəniyyəti və inkişafı ilə yaxından tanış etmək planı da müsbət nəticə vermədi. Mirzə Hüseyn xan xarici siyasət sahəsində də müvəffəqiyyət qazana bilmədi. Çar və İngiltərə dövlətləri arasında rəqabət şiddətləndyi bir vaxtda Mirzə Hüseyn xan ingilis şirkətlərinə böyük imtiyazlar verməyi, onları İrana cəlb etməyi İranın inkişafı və istiqlalı üçün faydalı olacağını düşünürdü. 1881-ci ildə Mirzə Hüseyn xan dövlət dairələrindən və paytaxtdan uzaqlaşdırıldıqdan sonra onun başladığı islahata son qoyuldu. Abdullah Müstofi yazır ki, 1881-ci ildə Mirzə Hüseyn xan Məşhəddə həlak olduqda onun İranda mötədil monarxiya hökuməti yaratmaq arzusu da özü ilə birlikdə aradan qalxdı. Mirzə Hüseyn xan Müşirüddövlənin hakimiyyət başına gəldiyi vaxtadək dövlət işləri 16 nazirin iştirakı ilə təyin edilmiş məşvərətxana adlanan bir heyətin əlində idi. Hər hansı bir məsələ bu heyətdə müzakirə edilib, məsləhət görüldükdən sonra, şah onun icrasını istədiyi nazirə tapşırardı. Mirzə Hüseyn xan məşvərətxananı ləğv edərək, onun yerində 9 nazir və bir nəfər baş nazirdən ibarət Nazirlər Şurası Məclisi adlanan bir heyət təşkil etdi. Heyətin tərkibində olan nazirlər bütün işlərdə müştərək məsuliyyət daşıyır, hər nazir öz işində müstəqil olub baş nazirin qarşısında, baş nazir isə şahın qarşısında məsuliyyət daşıyırdı.
Mirzə Hüseyn xan Sipəhsalar

Sultan Hüseyn mirzə Səfəvi
Sultan Hüseyn Mirzə — Səfəvi şahzadəsi. Bəhram mirzə Səfəvi və Zeynəbsultan xanımın ikinci oğlu olaraq dünyaya gəlmişdi. 1555-1557-ci illərdə Sistan, 1557-1576-cı illərdə Qəndəhar, 1558-1566-cı illərdə Zəmindəvar hakimi olmuşdur. Əmisi I Təhmasibin ölümündən bir neçə ay sonra 1576-cı ilin payızında Qəndəhardakı qəsrində vəfat etmişdir. Bəzi tarixçilərin fikrinə görə onu qardaşı öldürtmüş və ya intihar etmişdir. Oğulları: Məhəmməd Hüseyn Mirzə (1563-1600) Müzəffər Hüseyn Mirzə - Qəndəhar hakimi Sultan Rüstəm Mirzə - Zəmindəvar və Gərmşir hakimi Sultan Səncər Mirzə (ö. 1596) Əbu Səid Mirzə (ö. 1596) Qızları: Oğlanpaşa xanım - ilk dəfə Həmzə Mirzə ilə, daha sonra isə Şah Abbas ilə evlənmişdir.
Hacı Mirzə Hüseyn xan Sərabi
Hacı Mirzə Hüseyn xan Mirzə Abdulla oğlu Sərabi (?-?)—şair, diplomat. == Həyatı == Hüseyn xan Mirzə Abdulla oğlu Sərab şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə oxumuşdu. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət etmişdi. Hacı Mirzə Hüseyn xan əvvəlcə Cahangir xan Şəqaqiyə xidmətdə idi. Sonra ondan ayrılıb qacarlara meyil etmişdi. Məhəmməd şah və Nasirəddin şah Qacarın hakimiyyəti dönəmində Xarici işlər nazirliyində çalışmışdı. Hacı Mirzə Hüseyn xan şair idi.
Hüseyn
Hüseyn — Daha çox islam dünyasında yayılmış kişi adı. Hüseyn ibn Əli — tam adı Hüseyn ibn Əli ibn Əbu Talib olan imam. Hüseyn adlı ilk şəxs. Hüseyn Rəvazadə — həkim Hüseyn Avni Qarslıoğlu — Hüseyn Həsənov (alim) — Hüseyn Hüseynov Hüseyn Hüseynov (alim) — Hüseyn Hüseynov (professor) — Hüseyn Hüseynov (şair) — Hüseyn Kıvrıqoğlu — Hüseyn Qabulov — Hüseyn Qafarov — Hüseyn Quliyev Hüseyn Quliyev (general-mayor) — Hüseyn Quliyev (səfir) — Hüseyn Sözlü — Hüseyn Talıbov — Hüseyn Yusubov — Hüseyn bəy Şərifbəyov — Hüseyn ibn Ruh Nobəxti — Hüseyn İbrahimov (neftçi) — Hüseyn Əli Hüseynov — Hüseyn Arac — Hüseyn Vaiz Kaşifi — Hüseyn Xəlilov (alim) — Hüseyn ağa Sarıcalı-Cavanşir — Hüseyn bin Abdullah — Hüseyn Hüsnü Paşa — Hüseyn Həmadani — Hüseyn Mamə (Bükan) — Hüseyn Nadim Naxçıvani — Hüseyn Zeynalov (alim) — Hüseyn Ələkbərov — Hüseyn Azəri — Hüseyn Səhhaf — Hüseyn bəy Ququşov — Hüseyn Əbdülhüseynov —Sovet partiya və dövlət xadimi, "İşıqlı yol" (indi "Şərurun səsi") qəzetinin baş redaktoru, İkinci Dünya müharibəsinin iştirakçısı. Hüseyn Əsgərov —Bakı Şəhəri üzrə Təhsil İdarəsində müdir müavini, professor, Azərbaycan Respublikası Əməkdar müəllim[1] Aşıq Hüseyn Aşıq Hüseyn Şəmkirli — 1811–1891 Aşıq Hüseyn Bozalqanlı — 1868–1941 Aşıq Hüseyn Dəmirçi — 1885–?
Mirzə
Mirzə — titul, ünvan. Mirzə titulu Azərbaycanda Teymurlu sülaləsindən sonra işlənməyə başlanıb. Əmir Teymurun övladlarına Əmirzadə deyilib. Bu söz sonra mirzə şəklinə düşüb. Mirzə sonralar savadlı adamlara deyilib. Katiblər daha çox mirzə adlandıqdan XIX yüzildə onlar mirzə kimi tanınıblar. Mirzə addan öndə gələndə böyük, addan sonra gələndə isə kiçik yazılır. Məsələn: Mirzə Fətəli, Abbas mirzə. Birincidə savadlılıq,vəzi­fə titulu, ikincidə isə şahzadəlik bildirir, yəni addan sonra gəldikdə, əsilzadə, nəca­bət, zati-alilər anlamındadır.
Mirzə Həsən bəy Mirzə
Mırzə Həsən bəy Mirzə Cəfər ağa oğlu Vəzirov — şair. Mirzə Həsən bəy Mirzə 1791-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi. İbtidai təhsilini atasından almışdı. Rus və şərq dillərini bilirdi. Onun haqqında Mir Möhsün Nəvvab, Məhəmməd ağa Müctəhidzadə, Firidun bəy Köçərli öz əsərlərində söhbət açmışlar. F.Köçərli yazır: "Mirzə Həsən İbrahim xanın müqərriblərindən Əliməhəmməd ağanın nəvəsi və Mirzə Cəfərin oğludur. Mirzə Həsən ziyadə mərifətli, xoşxülq və sahibcamal bir zat imiş və təbi-şeriyyəsi də var imiş. Əvaili-sinnində tərki-vətən edib Şəki xanlığına müsafirət edir və orada Nuxa şəhərində yeni açılmış rus dəftərxanasında münşilik əmrinə məşğul olur. Vəli ömrünün hənuz cavan çağında haman sərzəmində dari-bəqaya rehlət edir. Öz vəsiyyətinə görə, cənazəsi əsl vətəni Şuşa şəhərinə nəql olunur və şəhərin şimali-şərqisində bir verst kənarda dəfn olunur və o mərhumun adı ilə məzarıstan əlan adlanır ki, "Mirzə Həsən qəbristanlığı" deyilir.
Fərid Hüseyn
Fərid Bəybala oğlu Hüseynov və ya Fərid Hüseyn; (10 oktyabr 1989, Kürdəmir) — şair, esseist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü (2010). == Həyatı == Fərid Hüseyn 10 oktyabr 1989-cu ildə Kürdəmir şəhərində dünyaya gəlib. 1995–2006-cı illərdə M.Ə. Rəsulzadə adına Kürdəmir rayon 2 saylı tam orta məktəbdə təhsil alıb. 2006-cı ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq fakültəsinin "Nəşriyyat işi və redaktəetmə" ixtisasına, 2008-ci ildə Bakı Slavyan Universitetinin iki illik "Yaradıcılıq" fakültəsinin "Poeziya" bölümünə daxil olub. Hər iki universiteti 2010-cu ildə bitirib. 2010–2013-cü illərdə ADMİU-nun "Kultralogiya" fakültəsinin "Mədəniyyətşünaslıq" ixtisası üzrə magistr təhsili alıb. == Fəaliyyəti == 2010-cu ildə Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv olub. AYB və Mədəniyyət Nazirliyinin nəzdində faəliyyət göstərən "Gənc ədiblər məktəbi"ni bitirib. Hazırda N. Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin dissertantıdır və "Azərbaycan ədiblərinin ev muzeylərindəki şəxsi fondların tədqiqi və nəşri prinsipləri" mövzusunda elmi mövzu üzərində çalışır. Serbiya Yazıçılar Birliyinin üzvüdür.
Hüseyn (ad)
Hüseyn — Daha çox islam dünyasında yayılmış kişi adı. Hüseyn ibn Əli — tam adı Hüseyn ibn Əli ibn Əbu Talib olan imam. Hüseyn adlı ilk şəxs. Hüseyn Rəvazadə — həkim Hüseyn Avni Qarslıoğlu — Hüseyn Həsənov (alim) — Hüseyn Hüseynov Hüseyn Hüseynov (alim) — Hüseyn Hüseynov (professor) — Hüseyn Hüseynov (şair) — Hüseyn Kıvrıqoğlu — Hüseyn Qabulov — Hüseyn Qafarov — Hüseyn Quliyev Hüseyn Quliyev (general-mayor) — Hüseyn Quliyev (səfir) — Hüseyn Sözlü — Hüseyn Talıbov — Hüseyn Yusubov — Hüseyn bəy Şərifbəyov — Hüseyn ibn Ruh Nobəxti — Hüseyn İbrahimov (neftçi) — Hüseyn Əli Hüseynov — Hüseyn Arac — Hüseyn Vaiz Kaşifi — Hüseyn Xəlilov (alim) — Hüseyn ağa Sarıcalı-Cavanşir — Hüseyn bin Abdullah — Hüseyn Hüsnü Paşa — Hüseyn Həmadani — Hüseyn Mamə (Bükan) — Hüseyn Nadim Naxçıvani — Hüseyn Zeynalov (alim) — Hüseyn Ələkbərov — Hüseyn Azəri — Hüseyn Səhhaf — Hüseyn bəy Ququşov — Hüseyn Əbdülhüseynov —Sovet partiya və dövlət xadimi, "İşıqlı yol" (indi "Şərurun səsi") qəzetinin baş redaktoru, İkinci Dünya müharibəsinin iştirakçısı. Hüseyn Əsgərov —Bakı Şəhəri üzrə Təhsil İdarəsində müdir müavini, professor, Azərbaycan Respublikası Əməkdar müəllim[1] Aşıq Hüseyn Aşıq Hüseyn Şəmkirli — 1811–1891 Aşıq Hüseyn Bozalqanlı — 1868–1941 Aşıq Hüseyn Dəmirçi — 1885–?
Hüseyn (Əbyəlil)
Hüseyn kəndi (başq. Хөсәйен) — Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Xəlil kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Hüseyn kəndinin milli tərkibi: başqırdlar 95%. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askar): 38 km., kənd sovetliyindən (Xəlil): 9 km. ən yaxın dəmiryol stansiyasından (Alməhəmməd stansiyası): 117 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Hüseyn Abbasov
Hüseyn Abbasov (11 oktyabr 2007) — azərbaycanlı batut gimnastı. == Karyerası == Hüseyn Abbasov 2007-ci ildə anadan olub. Hazırda Batut gimnastikası və tamblinq üzrə Azərbaycan milli komandasının üzvüdür. === Uğurları === ==== 2015–2017 ==== Hüseyn Abbasov 2015, 2016, 2017-ci illərdə keçirilmiş Azərbaycan birinciliyi və Bakı çempionatı yarışlarında batut növü üzrə kiçik yaş qruplu kişi idmançılar arasında birinci yeri tutmuşdur. ==== 2018 ==== 2018-ci ildə Yaroslavl şəhərində batut gimnastikası üzrə Rusiya kuboku və “Rusiyanın ümidi – 1” ümumrusiya yarışlarında 11–12 yaşlılar arasında finalda 5-ci yeri tutmuşdur. Həmin il Batumidə keçirilən beynəlxalq turnirdə fərdi hərəkətlər üzrə birinci yeri qazanmışdır. ==== 2019 ==== 2019-cu ildə Yaponiyanın paytaxtı Tokioda keçirilmiş Dünya Yaş Qrupları Yarışında sinxron hərəkətlər üzrə ikinci yeri tutaraq Azərbaycanın batut gimnastikası tarixində dünya çempionatlarının ilk gümüş medalını qazanmışdır. Türkiyənin Antalya şəhərində baş tutmuş beynəlxalq turnirin 11–12 yaşlılar arasında fərdi proqramda bürünc, Belarusun Vitebsk şəhərində təşkil olunmuş Belarus Açıq Çempionatının fərdi proqramda qızıl medalçısı olmuşdur. Həmçinin Rusiyanın Krasnodar şəhərində keçirilmiş yarışda 8-ci yerdə qərarlaşmışdır. ==== 2020 ==== 2020-ci ilin 19–23 noyabr tarixlərində Niderlandda təşkil edilmiş batut gimnastikası üzrə onlayn "Dutch Trampoline Open" yarışında 13–14 yaşlılar arasında fərdi proqramda gümüş medal qazanıb.
Hüseyn Abbaszadə
Hüseyn Abbas oğlu Abbaszadə (22 noyabr 1922, Bakı, Azərbaycan SSR, SSRİ – 12 dekabr 2007, Bakı) — Azərbaycan yazıçısı, ssenaristi, 1948-ci ildən AYİ-nin üzvü, Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1979), Azərbaycan Dövlət mükafatı laureatı (1984), SSRİ Yazıçılar İttifaqının və ÜİHİŞ-nin mükafatı laureatı (1988), Azərbaycanın xalq yazıçısı (1991). == Həyatı == Hüseyn Abbaszadə 1922-ci il noyabrın 22-də Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini bitirdikdən sonra II Dünya müharibəsinin başlanması ilə əlaqədar o, ordu sıralarına çağırılmışdır. Hüseyn Abbaszadə 1941–1945-ci illərdə Şimali Qafqaz, Leninqrad, 1-ci və 4-cü Ukrayna cəbhələrində şərəfli döyüş yolu keçmişdir. Müharibədən qayıdan Hüseyn Abbaszadə 1945–1950-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun teatrşünaslıq fakültəsində ali təhsil almışdır. Əmək fəaliyyətinə "Pioner" jurnalında şöbə müdiri, məsul katib kimi başlayan Hüseyn Abbaszadə 1958–1964-cü illərdə "Göyərçin" jurnalı redaksiyasında məsul katib, 1964–1966-cı illərdə baş redaktor, 1966–1971-ci illərdə "Ədəbiyyat və incəsənət" qəzetinin, 1972–1975-ci illərdə isə yenidən "Göyərçin" jurnalının baş redaktoru olmuşdur. O, 1975–1991-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi vəzifəsində çalışmışdır. Müasir Azərbaycan ədəbiyyatının tanınmış simalarından olan Hüseyn Abbaszadə bədii yaradıcılığa müharibə illərində cəbhə qəzetlərində dərc etdirdiyi vətənpərvərlik mövzusunda şeirlərlə başlamış və bu mövzuya daim sadiq qalmışdır. O, 60 ildən artıq bir dövrü əhatə edən səmərəli ədəbi fəaliyyətinin məhsulu olan çox sayda əsərləri ilə ədəbiyyatımızın inkişafına öz töhfəsini vermişdir. Yazıçının 2 dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanova həsr olunmuş "General" romanı müharibə illərində Azərbaycan oğullarının qəhrəmanlığını bütün dolğunluğu ilə əks etdirən parlaq nəsr nümunəsidir.